Rusiya Qarabağda hansı anlayış çərçivəsində yer alırsa, Türkiyə də elə yer alacaq – Ərdoğan

Dağlıq Qarabağ bölgəsində Rusiya hansı anlayış çərçivəsində yer alırsa, bizim də müşahidə və yoxlama missiyamız eyni anlayış çərçivəsində yer alacaq.

MHP.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, hazırda bununla əlaqədar danışıqlar gedir:

“Hazırda Rusiya orada müəyyən nöqtələrə yerləşməyə başlayıb. Danışıqlar xarici işlər nazirlərimiz arasında davam edir, həm də Rusiyadan nümayəndə heyəti səfər edir, burada da danışıqlar aparılacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir