REAL TV-nin aparıcısı Xatirə Sərdarqızı 28 ildən sonra Şuşa şəhərindəki evlərinin videogörüntülərini görüb ağlayıb.
MHP.Az qafqazinfo-ya istinadən xəbər verir ki, aparıcı sosial şəbəkədəki hesabında həmin anların görüntülərini paylaşıb.
“28 il sonra Şuşadakı evimizi görmək, Şuşaya video zəng etmək… Şuşa… Mən susuram, kadrlar danışsın”, – deyə aparıcı qeyd edib.