Lüksemburqda futbol milli komandasının UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun Azərbaycanla oyun günü dronların uçuşuna qadağa qoyulub.
MHP.Az qol.az-a istinadən xəbər verir ki, sözügedən görüşdə baş verə biləcək mümkün təxribatın qarşısını almaq üçün bu addımı atıb. Bildirilib ki, matçın keçiriləcəyi noyabrın 17-i bütün dronların uçuşuna qadağa ilə bağlı qərar qəbil edilib.
Qeyd edək ki, 2018/2019 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinin “Düdelanj” – “Qarabağ” oyununda (1:4) ermənilər tərəfindən təxribat törədilmişdi. Matçın birinci hissəsində Ağdam klubunun 30-cu dəqiqədə vurduğu ikinci qoldan sonra stadionun üzərinə dronla separatçı rejimin bayrağı gətirilmişdi.