Cəmiyyət

“Ermənilərin qaşıqla insanların gözünü çıxardığının şahidi olmuşam”

Azərbaycan əsilli məşhur fransız fotoqraf Rza Deqati “Birinci studiya”nın qonağı olub.

MHP.Az axşam.az-a istinadən bildirir ki, birinci və ikinci Qarabağ müharibəsindən fotolar lentə alan R.Deqati gördüklərindən bəhs edib. O, birinci Qarabağ savaşında ermənilərin etdiyi vəhşiliklərin şahidi olduğunu deyib:

“1992-ci ildə Ağdama çatdım, Xocalı faciəsindən 3 gün keçmişdi. Analar, atalar uşaqlarını axtarırdılar. Müharibələr çox çəkmişəm, acı günlər görmüşəm. Burada isə başqa acı var idi. Məzlum insanlar, heç nələri yox idi. Heç əsgər yox idi onları qorusun. Müharibədə ola bilsin təəssadüfən dinc əhali öldürülsün. Amma orada insanların diri-diri gözünü qaşıqla çıxarırdılar. Nifrətin bu həddə olmasını görməmişdim. Onun fotolarını da çəkmişəm. Onları lazım gəlsə, dünya məhkəməsinə də vermək olar”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button