SİYASƏT

Fransa ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı keçiriləcək iclasında iştirak etmək niyyətindədir

Fransa gələn həftə Moskvada, daha sonra BMT-də Dağlıq Qarabağla bağlı ATƏT-in Minsk qrupu iclaslarında iştirak edəcək.

MHP.Az Trend-ə istinadən bildirir ki, bu barədə Fransa Xarici işlər naziri Jan-İv Le Drian Senatda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsin olması yaxşı xəbərdir, lakin ona tam şəkildə əməl edilməlidir.

Onun sözlərinə görə, “indi əldə edilmiş razılaşmalar əsasında münaqişənin həllinə doğru irəliləmək lazımdır.”

Nazir bildirib, Minsk qrupa Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Michael Pompeo və Jan-İv Le Drian özü həmsədrlik edir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button