Gürcüstanda koronavirusa yoluxmada növbəti rekord

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 3 120 yoluxma halı qeydə alınıb, 43 nəfər ölüb.

MHP.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 69 681 nəfərə, ölənlərin sayı isə 599 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 52 169 nəfərin sağaldığı bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir