ABŞ-da türklərə hücum edən erməni həbs olundu – VİDEO

ABŞ-ın Los-Anceles şəhərində yerləşən “Cafe İstanbul” restoranına hücum edən şəxs saxlanılıb. 

MHP.Az Oxu.az-a istinadən xəbər verir ki, Beverli Hills polisi 22 yaşlı Vilyam Stepanyanı Qlandeyldə yaxalayıb. 

Polisdən verilən məlumata görə, o, nifrət cinayəti, soyğunçuluq və quldurluqda şübhəsi ilə tutulub. 

Bildirilib ki, o, noyabrın 16-da hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, hücum noyabrın 5-də həyata keçirilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir