Britaniya ordusunun baş qərargah rəisi hərbi təlim zamanı itkin düşüb – FOTO

Britaniyada Solsberi yaxınlığındakı hərbi təlimdə kurioz hadisə baş verib. Belə ki, ölkənin Quru Qoşunlarının Baş Qərargah rəisi, general Mark Karlton Smit tədbir zamanı itkin düşüb.

MHP.Az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə “The Sun” xəbər yayıb.

Bildirilir ki, general əsgərlərin ruh yüksəkliyini artırmaq üçün “Wildcat” helikopterindən paraşütlə tullanıb. Lakin məlum olub ki, o, səhv bölgəyə atılıb. Enişdən sonra hərbçilər onunla əlaqə qura bilməyiblər.

Hadisənin gecə vaxtı baş verməsi generalın axtarışını çətinləşdirib.

Bir müddət sonra qərargah rəisi hərbçilərin gözləmədiyi yerdə tapılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir