Səkkiz körpənin ölümündə günahlandırılan tibb bacısı tutuldu – FOTO

Böyük Britaniyanın Çester şəhər polisi səkkiz körpəni öldürmək və on qətlə cəhddə günahlandırılan tibb bacısının tutulduğunu bildirib.

MHP.Az oxu.az-a istinadən xəbə verir ki, “Countess of Chester” xəstəxanasının əməkdaşı Lusi Letbi Britaniya Krallıq Prokurorluğunun həbs icazəsindən sonra tutulub.

İttihamlar 2015-ci il iyun-2016-cı il iyun tarixləri arasında xəstəxananın neonatal şöbəsində baş verən bir sıra uşaq ölümü və bədbəxt hadisələrlə bağlı aparılan istintaq çərçivəsində qaldırılıb.

Təqsirləndirilən şəxs bu gün məhkəmə qarşısına çıxmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir