Azərbaycan Avropanın enerji təminatçısı – VİDEO

2021-ci ildə Azərbaycan TANAP kəməri vasitəsilə Türkiyəyə 8 milyard kubmetr, TAP kəməri vasitəsilə Avropaya 5 milyard kubmetr, Gürcüstana isə 1 milyard kubmetr mavi yanacaq nəql edəcək. Azərbaycanın və ümumiyyətlə regionun enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi layihəsi, ölkəmizə ilkin hesablamalara görə 120 milyard dollara yaxın gəlir gətirəcək.

MHP.Az Real TV-yə istinadən bildirir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq işini dəstəkləyən ölkələrlə digər sahələrdə də əməkdaşlıq davam edəcək. Bu sırada Azərbaycan qazının əsas alıcısı olan Türkiyə və İtaliya ilk yerlərdən birini tutur.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirilib. İclasda çıxış edən Prezident İlham Əliyev bu dəfə ölkələrin sayının əvvəlkindən artıq olduğunu bildirib. Belə ki, VII iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edib. Prezident Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi yekunlaşsa da, birgə fəaliyyətin davam edəcəyini, yeni plan və ideyaların olduğunu deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir