Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
MHP.Az APA-ya istinadən bildirir ki, hadisə bu gün saat 12:30 radələrində Göyçay-Ucar yolunun Çərəkə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mercedes” və “VAZ-2107” markalı minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir.
Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlardan birinin vəziyyəti daha ağırdır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.