Ekspert: “Bizim ölkədə sürücülər bu qayda ilə bağlı narazılığını bildirir” – ÖZƏL AÇIQLAMA

“Müvafiq qayda ilə dünyanın bir çox ölkələrində tətbiq olunmuş yeni avtobus zolaqlarının şəhərdə tətbiqi və onların istifadəsi avtobusların müntəzəm fəaliyyəti üçün nəzərdə tutulub”.

MHP.Az xəbər verir ki, bu barədə Zafer TV-yə açılqlamasında nəqlliyyat eksperti Aslan Əsədov bildirib.”Bizim ölkədə də, sürücülər bu qayda ilə bağlı narazılığını bildirir. Əsas biz bu zolaqlanma xətlərinə baxsaq boydan-boya bütöv xətlə tətbiq olunur. Bundan əvvəlki, digər nəqliyyat vasitələri üçün də bu zolaqlar tətbiqi nəzərdə tutulmuşdu. Daha sonra isə bu zolaqlar avtobuslar üçün nəzərdə tutulub. Yəni ki düzünə və sağa istiqamətində. Ən çox problem burada sağ istiqamətində olan hərəkət zolaqındadır. Bu problem də odur ki, işıqforun sağ siqnal istiqamətində dönmələr zaman yaranır”, – deyə ekspert bildirib.Ekspert onu da vurğuladı ki, gələcək zamanda belə bir problemlə vətəndaşlarımız qarşılaşacaqdır. Çünki gələcək zamanda bu qaydaları pozan sürücülərə müəyyən cəza məbləğləri tətbiq olunma ehtimalı var.”Sadəcə olaraq bu narahatçılığı qarşılamaq üçün bu zolaqlara soldan kəsmə, yəni ki, qırıq-qırıq üfiqi nişanlanma xətləri əlavə etsək düşünürəm ki, bu narahatçılığı aradan qaldırmaq mümkün ola bilər”, – deyə o, qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir