Günün qoroskopu: Uzunmüddətli planı reallaşdırmaq üçün özünüzdə qüvvə tapın

Qoç – Enselad və Umbrielin münasibətləri izafi söhbətlər və tələskənlik olmadan, aktiv formada çalışmağı tələb edir.

İşlərə nəzarətin çətinləşdiyi anlarda xaos yarada bilərsiniz. Layihələrinizi təkmilləşdirin.
Diqqətli olun, sizi çox maraqlandıran məsələ ilə bağıl mühüm məlumat ala bilərsiniz.

Şəxsi və sosial münasibətlərdə impulsa, istəyə aldanmayın. Heç nədə ifrata varmayın. Sonradan sizdə peşmançılıq hissi yarada biləcək məktublar yazmayın, zənglər etməyin.
Gərginliyə imkan verməyin.

Stress və fiziki yorğunluq başağrısı yarada bilər.

Buğa – İo və Ayın münasibətləri gərginliyi artıracaq. İlk növbədə, səhhəti qoruyun, qüvvənizi simicliklə sərf edin. İncə balansa nail olaraq onu qorumaq indi sizdən tələb olunan başlıca məsələdir.

Gərginlik və işin ağırlığı nəticəsində “partlamamaq” üçün məqsədə çatmağa tələsin. İşi ən məsuliyyətli və çətin anda yarımçıq qoymayın.

Keçmişdən bərk yapışmayın. Hansısa iddiadan əl çəkmək, nəyisə itirmək vaxtıdır. Haradasa itirsəniz, başqa məsələdə udacaqsınız. Emosiyaları bir kənara qoysanız yeni perspektivləri görəcəksiniz.

Əkizlər – Venera və Plutonun münasibətləri sizə dinamik, aktiv gün vəd edir. Fəal olun, yaranan şansları əldən buraxmayın. Qəfil xəbər, dostlardan sürpriz, hədiyyə və ya dəvət istisna deyil.

Hər şey asanlıqla alınacaq. Son qərara gəlmək, uğuru möhkəmləndirmək vacibdir.

Rəqabət, üstünlüyü göstərmək istəyi güclənəcək. Buna görə də yaxın ətrafınızda olan insanları bir maraq, mövzu ətrafında birləşdirmək, kollektiv yaradıcılığa nail olmaq mühümdür.

Xərçəng – Merkuri və Titanın münasibətləri aşkar rəqabət, qüvvə və potensialın sınağa çəkilməsini vəd edir. İtkilər ola bilər, amma təmayüllər qənaətbəxşdir.

Yeni mərhələnin başlanğıcıdır. Məqsədə aparan yolun qısa olacağına ümid etməyin.
Baş verənləri diqqətlə müşahidə edin. Fiziki zəiflik, əhvalın sürətlə dəyişməsi yaşana bilər.

Zərurət yaranarsa, çətin danışıqlara başlayın. Mümkün qədər az təzyiq göstərin, tərəfdaşın dediklərindən və hadisələrin axarından yararlanın.

Şir – Oberon və Tefeyanın münasibətləri təmaslardakı gərginliyi, aqressiv məzmunu artıracaq. Fəal olun, ətalətlə davranmayın, bir yerdə qalmayın.

Yaxın ətrafınızdakı insanlarla aktiv əlaqələrdə olun.
Maraq dairənizdə olan insan və ya nəsnə ilə bağlı fikrinizi dəyişə biləcək mühüm məlumat ala bilərsiniz. Uzaqdan xəbər istisna deyil.

Ehtiyac və məntiq çərçivəsində hərəkət edin.

Fiziki işlə məşğul olmaq məsləhətdir. Axına qarşı getməyin, yaxınlarla münaqişəyə başlamayın, amma kimsənin təsiri altına da düşməyin. Mübahisəli məsələləri tədricən təhlil edin.

Qız – Venera və Saturnun münasibətləri qüvvə ilə enerjinizi artıracaq, həllini tələb edən cari məsələlərdən birini çözməyə imkan yaradacaq. Amma alınan informasiya, görüş və ya tərəfdaşla, şəriklə, rəfiqə və ya dostla söhbət planlarınızla yanaşı, müəyyən, konkret məsələyə münasibətinizi dəyişə bilər.

Əməkdaşlıqda maraqlı olan insanların sözlərinə, davranışına diqqət yetirin. Öz hərəkətlərinizə də nəzarət edin.
Valideynlərlə ünsiyyət üçün vaxt tapın. Axşam saatlarında aktiv istirahəti seçin.

Tərəzi – Kallisto və Makemakenin münasibətləri sizdən ətrafdan baş verən hər şeyə diqqətlə baxmağı tələb edir. Görüş və səfərdən imtina etməyin. İndi ən kiçik mənbədən belə, faydalı məlumat əldə edə bilərsiniz.

Gün ərzində yaşananlar sizdə narazılıq yarada bilər.
Tanış, şərik, iş yoldaşı vədini yerinə yetirməyə tələsmir, şərtləri pozur. Bu səbəbdən də müxtəlif şərtlər və vəsilələrə görə planlarınızın gerçəkləşməsi təxirə düşə bilər.

Zəhmətkeş, inadkar, qətiyyətli olsanız, hər şey alınacaq. Görüş və söhbətlərin qeyri-adi, maraqlı mənası ola bilər.
Hər halda öyrənəcəyiniz məqamlar karınıza gələcək.

Əqrəb – Pluton və Sereranın münasibətləri hadisələri sürətləndirəcək. Gərginlikdən başınız ağrısa da, ətalətlə davranmayın. Yeni mərhələyə hazır olun, çünki işin kəmiyyəti artacaq. Görüləsi işlərin heç birini təxirə salmayın, sabaha saxlamayın.

Tezliklə effekt verə biləcək işlər daha aktualdır.
Evdəki durum barədə də eyni sözləri demək olar. Ağır fiziki iş görsəniz belə, sürətlə, konkret məqsədlə çalışın.

Münasibətlərdə çəkişmələrə varmayın. Emosiyalar mühüm olsa da, sevdiyiniz insanın xətrinə dəyməyin.

Oxatan – Avropa və Amalteyanın münasibətləri günü hadisələrlə zənginləşdirəcək.
Son ideyalarınızı iş yoldaşı, tərəfdaş və ya şəriklə müzakirə edin. Onlardan faydalı sözlər eşidə bilərsiniz.

Şəxsi münasibətlərdə dəyərlərə yenidən baxılması dövrüdür. Boyun qaçıra bilməyəcəyiniz işlə qarşılaşsanız, cavabdehlik və məsuliyyəti boynunuzdan atmayın.
İntuisiyanıza güvənin.

Rasional olmayan hərəkətlər, münasibətlərdəki kompromislər problemlərinizin həllinə qəfil təsir edə bilər. İndi hər şeyi asanlıqla izah etmək olmur. Təhlil və götür-qoy etmək üçün informasiya yetərincədir. Onlardan yararlanmağa çalışın.

Oğlaq – Uran və Himaliyanın münasibətləri gələcək perspektivlərə də toxuna biləcək planların ailədə müzakirəsi, qərarların birgə qəbulu üçün əlverişli zamandır.

Münasibətlərdə hansısa ünsürün normada olmadığını düşünsəniz, konkret addımlar atın. Hissləri yeniləyin, yeni məqsədlər seçin.

Ətrafınızda baş verən hadisələr, bəlkə də, şəxsən sizə təsir etmir. Lakin yeni mərhələyə adlamaq, yeni sosial pilləyə qalxmaq imkanının laqeyd müşahidəçi kimi seyr ilə kifayətlənmək nə dərəcədə doğru olardı?

Cari problemlər və məsələlərlə təkbaşına qalmayın.
İşi yaxşı bilən insanla onları müzakirə edin.

Dolça – Merkuri və Haumeanın münasibətləri gələcəklə bağlı planlarınızı aydınlaşdıracaq, orqanizminizi qaydaya salacaq.

Bu gün pozitiv enerjiniz çox olacaq. İnformasiya mənbələrinin sayını artırın. Yazmaq, zəng vurmaq, əlaqə saxlamaq ehtiyacı duyulan insanları müəyyənləşdirin.
Nə etsəniz, maraqla, həvəslə edin. Əlaqələr məhsuldar, danışıqlar maraqlı, təhsil müsbət olacaq.

İmicə dəyişikliklər və əlavələr barədə düşünməyin vaxtıdır.
Uzunmüddətli planı reallaşdırmaq üçün özünüzdə qüvvə tapın.

Balıqlar – Erida və Uranın münasibətləri sizinlə yanaşı, yaxın ətrafınızdakı insanların da davranışlarına, habelə günün olaylarına aktiv təsir edəcək.

Praktik olun, stabilliyi risk altına atmayın. Perspektivləri müəyyən olmayan layihənin taleyi həll olunarsa, ciddi səy göstərin.
Üstəlik, nəyisə qurban verməli olacaqsınız.

İlk növbədə, cari məsəlləəri həll edin. İstək və potensial olarsa, daha ciddi maneələri dəf etmək barədə düşünmək olar. Şəxsi həyatda da təşəbbüslərin müəllifi siz olun.
Ailə üzvlərinizi də işinizlə maraqlandırın ki, onlar sizə yardım etmək istəsinlər.

MHP.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir