Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələr verilib – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

MHP.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı əməkdaşlarına 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilir:

Məmmədov Azər Oqtay oğlu – İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin rəisi

Şirinov Natiq Telman oğlu – İqtisadi Təhlil və Uçota Nəzarət Baş İdarəsinin rəisi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir