Hadisə

Biləsuvar sakini naməlum sürücü tərəfindən vurulub

Biləsuvar rayonunda piyada xəsarət alıb.

MHP.Az APA-ya istinadən xəbər verir ki, piyadanın vurulması ilə nəticələnən hadisə axşam saatlarında rayonun Nəsimikənd kəndində baş verib.

Hələlik kimliyi məlum olmayan şəxsin idarə etdiyi avtomobil 1985-ci il təvəllüdlü Rauf Sadıqovu vurub. Xəsarət alan piyada Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisəni törədən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button