Rusiyanın yeni sualtı qayıqları ABŞ-ı ciddi narahat edir – FOTO

Rusiya sualtı donanmasının inkişaf tempi ABŞ və onun NATO üzrə müttəfiqlərini daha çox narahat etməyə başlayıb. Rusların sualtı qayıqları uzaq məsafə qət etməklə yanaşı, həm də olduqca səssiz üzürlər. Onlar, həmçinin yeni uzaq mənzilli raketlər sayəsində ciddi zərbələr endirmək qabiliyyətinə malikdirlər.

MHP.Az azpolitika.info-ya istinadən bildirir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin(HDQ) əsas problemi ondadır ki, onlar hələlik gələcəyin donanması barədə aydın təsəvvürə malik deyillər.

“Strateji və beynəlxalq araşdırmalar mərkəzi”(The Center for Strategic and International Studies)-nin bu ay təşkil etdiyi tədbirdə iştirak edən ABŞ HDQ-nin Avropadakı komandanı Robert Burke bildirib: “Mən deməliyəm ki, Hind-Sakit okean teatrından fərqli olaraq, Atlantik okeanı teatrında bizim bir neçə yüksək səviyyəli müttəfiqimiz var və onların Hərbi Dəniz Qüvvələri effektli fəaliyyət göstərir. Onlar bizimlə hər gün əməkdaşlıq edirlər”

Robert Burke Böyük Britaniya və Fransanı “etibarlı və bacarıqlı əməkdaşlar”adlandırıb və əlavə edib ki, Kanada və Norveç də sualtı müharibə teatrına əhəmiyyətli töhvə verir, Danimarka isə öz imkanlarını genişləndirir.

Rober Burke daha sonra deyib: “Müttəfiqlərimizin sualtı güclərinin imkanları yüksəkdir. Atlantik okeanının akustik şərtləri daxilində bu gün biz Rusiyanın altıncı nəsil sualtı qayıqlarının öhdəsindən pis gəlmirik”.

Robert Burke konkret məkan adı çəkməsə də, böyük ehtimalla Qrenlandiya, İslandiya və Böyük Britaniya arasındakı dəniz sahəsini nəzərdə tutub. Həmin sahə “Farer -İslandiya hüdudu” kimi tanınır və bu, Atlantik okenı ilə Şimal Buzlu okeanı arasında yerləşir.

Arktikada bazalaşmış Rusiyanın möhtəşəm Şimal donanması bu yerləri hərbi gəmiləri və sualtı qayıqları ilə keçirlər. Ona görə də bu regionda ABŞ Hərbi Dəniz Qüvvələri Britaniya donanmsı ilə birlikdə öz esmineslərini və freqatlarını yerləşdiriblər. Eyni zamanda, Norveçin, İtaliyanın, Fransanın və İspaniyanın freqatları da fəaliyyətdədir.

“The Hudzon İnstitute” araşdrma mərkəzinin aparıcı elmi işçisi və hərbi donanma üzrə ekspert Brayn Klark deyib: “Ən effektli freqatlar aktiv hidrolakasiya tətbiq edənlərdir. Onlar Rusiyanın “Yasen” sinfindən olan sualtı qayıqlarının səsboğucu sistemlərinə qarşı səmərəli fəaliyyət göstərə bilirlər. “Soyuq müharibə”dən sonra ABŞ HDQ-i “Farer-İslandiya hüdudu”na xüsusi diqqət ayırır. Son illər ərzində Rusiya ilə münasibətlərdəki gərginliyin artması nəticəsində bu “qapı” yeni əhəmiyyət qazanıb.”

2018-ci ildə verdiyi müsahibəsində ABŞ HDQ-nin istefada olan kapitanı Cerri Hendriks bildirmişdi: “Bu hüduddan şimal tərəfdə suyun soyuq olduğu dərin hövzə var və ora səsin yayılması üçün ideal yerdir. Beləliklə, mən hətta ən sakit sualtı qayığın belə səsini eşidirəm. Burada səs planetin digər yerlərindən daha yaxşı eşidilir. Lakin adalar ətrafındakı sularda şərait dəyişir və sualtı qayıqların izlənməsi çətinləşir. Əgər siz sualtı qayıqların yerini müəyyənləşdirə bilsəniz, bundan sonra onların izini yəqin ki, itirməyəcəksiniz”

ABŞ artıq sığınacaq deyil

ABŞ Hərbi Dəniz Qüvvələri və NATO öz sualtı qayıqlar əleyhinə güclərini şimala doğru yönəldiblər. Amerikan esminesləri 2020-ci ilin sonunda Barens dənizində Britaniya və Norveç gəmilərilə birlikdə təlimlər keçiriblər. Rusiya Barens dənizini balistik raketlərlə təchiz edilmiş sualtı qayıqlarının əsas bazası hesab edir. 2019-cu ilin sonunda Rusiyanın sualtı qayıqları iri miqyaslı təlimlər keçirərək, diqqət çəkmədən Şimali Atlantikaya getməyi yoxlayıblar. 2020-ci ilin iyul ayında ABŞ NATO ilə birilkdə İslandiya ətrafında təlimlər keçirib. Bundan başqa, ABŞ sentyabrda Şimalı Atlantikada anoloji təlimlər həyata keçirib.

ABŞ və NATO-nun bu təlimləri, onların düşmənin sualtı qayıqlarının döyüş qabiliyyəti ilə bağlı narahatlıqlarını əks etdirir. Öncəki münaqişələrdə sualtı qayıqlar əsas etibarilə dəniz daşımalarını hədəf alırdı, amma çox səssiz üzən müasir Rusiya sualtı qayıqları xeyli uzaqlardakı quru ərazilərə raketlər atmaq qabiliyyətinə malikdirlər. Bu isə böyük təhlükədir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin sualtı qayıqlar donanmasının komandanı vitse-admiral Deril Kodl deyib: “İndi artıq bəllidir ki, bizim ölkəmiz sığınacaq olmaqdan çıxıb. Ona görə də yerli sularda yüksək səviyyəli döyüş fəaliyyətlərinə hazır olmalıyıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir