“Space” TV-nin yeni rəhbəri kimdir? – DOSYE

Space TV-yə yeni rəhbər təyin olunub.

MHP.Az ölkə.az-a istinadən bildirir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.
 
K.Şahverdiyev əfsanəvi sənətkar Rəşid Behbudovun kürəkənidir. O, kinorejissor Vaqif Mustafayevin telekanala rəhbərlik etdiyi müddətdə “Space” TV-nin icracı direktoru vəzifəsində çalışıb.
 
O, vaxtilə ssenari müəllifi, musiqi tərtibatçısı, musiqi redaktoru kimi işlərin icraçısı olub. “Gülağa Məmmədov”, “Havalansın xanın səsi”, “Hər şey olduğu kimi. Rəşid Behbudov”, “Əminə Dilbazi”, “Lütfiyar İmanov”, “Tofiq Bakıxanov”, “Sara Qədimova” və s. kimi filmlərin çoxunun ssenari müəllifi və musiqi redaktoru məhz Kamil Şahverdiyevdir.
 
Həmçinin o, Rəşid Behbudov Fondunun direktoru kimi fəaliyyət göstərib.
 
Kamil Şahverdi 2017-ci ildə Rəşid Behbudovla bağlı yaradılmış “Rashid Behbudov Official” rəsmi “Youtube” kanalının direktoru olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir