“Texnologiyanı məktəbə gətirməliyik” – VİDEO

Texnologiyanın imkanlarını onun səmərəliliyini pandemiya dövründə biz daha yaxşı müşahidə etdik.

MHP.Az bildirir ki, Təhsil naziri Emin Əmrullayev Real-a müsahibəsi zamanı bildirdi ki, tək Azərbaycanda 1 həftəyə 6 milyon onlayn dərs keçirilib və həmin dərslərdə 1 milyondan artıq şagird iştirak edib.

Təhsil naziri onu da bildirdi ki, heç bir Azərbaycan müəllimi 1 il bundan qabaq proqnozlaşdıra bilməzdi ki, 1 həftəyə bu qədər onlayn dərs keçə bilər. Amma bu gün bu, bizim təhsil sisteminin reallığıdır.

Yeni texnologiyaların, kompüterlərin insan orqanizminə göstərdiyi mənfi təsirlərə gəlincə isə Təhsil naziri bu məsələyə də aydınlıq gətirdi.

Nazir, həmçinin bildirdi ki, texnologiya, həqiqətən, çox faydalıdır və biz bunu mütləq məktəbə gətirməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir