Yerli tanınmışlar Valentin gününü belə qeyd etdilər – FOTO

14 fevral dünyada Sevgililər günü kimi qeyd edilib.

MHP.Az axşam.az-a istinadən bildirir ki, bu günü qeyd edənlər arasında məşhurlar da yer alıblar. Onlar fotolar paylaşaraq, sevgilərini belə etiraf ediblər:

Müğənni Xatirə İslam Sevgililər gününü həyat yoldaşı Fəxrəddin bəylə birlikdə restoranlardan birində qeyd edib. Sənətçi çəkdirdikləri fotoları sosial şəbəkədə yayımlayaraq “Hər şeyə görə çox sağ ol, var ol. Allah sənə dəyməsin” sözlərini yazıb.

Müğənni Günay İbrahimli isə sevgilisinin şəkilini gizlətsə də, həmin günü onunla birlikdə qeyd etdiyini vurğulayıb. Günay fotosuna “Məşəldə bitməz sevdam, versəm də canımı, ürəyimi. Böyük sevgilərlə” şərhini qeyd edib.

Müğənni Elçin Cəfərov xanımı Aydanla özəl günü restoranlardan birində qeyd edib. O, birlikdə olan fotolarını yayımlayaraq izləyicilərini bayram münasibətilə təbrik edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir