Gəncədə arvad ərini bıçaqladı

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

MHP.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Məmmədov Nicat çənə nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib.

Xəstənin yaraları tikilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə, kişi həyat yoldaşı tərəfindən bıçaqlanıb. Hadisə ilə bağlı polisə məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir