Murovdağa bayraq sancan qəhrəman – VİDEO

Baş leytenant Rahim Mikayılov Murovdağ zirvəsi istiqamətində şəhid olub.

MHP.Az Real TV-yə istinadən bildirir ki, 44 günlük haqq savaşımızda adını yeni tariximizə qızıl hərflərlə yazdıran qəhrəmanlardan biri də Qubanın II Nügədi kənd sakini, həmlə bölüyünün komandiri baş leytenant Rahim Mikayılovdu.

İşğal altında olan torpaqlarımızı azad görmək arzusunda olan və bu şərəfli işdə birbaşa iştirak etmək istəyən Rahim ali təhsilini başa vurduqdan sonra zabit olaraq ordu sıralarında xidmətə başlayıb.

Əvvəlcə tağım sonra isə bölük komadiri vəzifəsinə yüksələn baş leytenant Rahim Mikayılov hər zaman səbirsizliklə Ali Baş Komandanın döyüş əmrini gözləyib.

27 sentyarbrda əks hücum əmrinin verilməsi Rahimin çoxdan gözlədiyi xəbər idi. Həmlə bölüyünün komandiri olaraq ən öndə döyüşə atılan baş leytenant Rahim Mikayılov Murovdağ istiqamətində şücaətlə vuruşub. Düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edən qəhrəman Murovdağ zirvəsinə bayrağımızı sancıb. Növbəti döyüşdə isə Rahim Mikayılov şəhidlik zirvəsinə yüksəlib.

Canını vətənə fəda edən qəhrəman şəhadəti ilə onu tanıyan hər kəsin qürur mənbəyinə çevrilib.

İndi Rahimdən üzünü belə görmədiyi 3 ayılq oğlu – Əhməd yadigar qalıb. Onun bu həyatda yarımçıq qalan arzularını gerçəkləşdirmək üçün….

Qeyd edək ki, döyüşlərdə göstərdiyi şücaətinə görə, baş leytenant Mikayılov Rahim Qalib oğlu ölümündən sonra Vətən uğrunda və Kəlbəcərin azad olunmasına görə medalları ilə təltif edilib.

MHP.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir