Türkiyədə qadını ölümlə təhdid edən azərbaycanlı həbs olundu – FOTO

Türkiyədə sosial mediada Həcər adlı qadını ölümlə təhdid edən Azərbaycan vətəndaşı Samir B. həbs olunub.

MHP.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Türkiyənin sosial media seqmentində Azərbaycan vətəndaşı Samir B. adlı şəxs canlı yayım edərək Həcər adlı qadını “Sonu Özgecan kimi olacaq” deyərək ölümlə hədələyib.

Video sosial şəbəkələrdə sürətlə yayıldıqdan sonra Kiber Cinayətlərə Qarşı Mübarizə İdarəsinin Virtual Patrul qrupları faktla bağlı əməliyyat başladıb.

Şübhəlinin qadına qarşı “Onu tapıb yandıracağam. Sonu Özgecan Aslan kimi olacaq” deyə təhdid etdiyi müəyyənləşdirilib. İstanbulun Fatih rayonunda tutularaq nəzarətə alınan şübhəli ilk öncə polisə, daha sonra məhkəməyə gətirilib. O, məhkəmə tərəfindən “silahla təhdid” ittihamı ilə həbs olunaraq həbsxanaya göndərilib.

Xatırladaq ki, Çağ Universitetinin 20 yaşlı tələbəsi Özgəcan Aslan 2015-ci ilin fevralın 11-də dərsdən evə qayıdarkən Mersin şəhərində marşrut sürücüsü tərəfindən təcavüzə uğrayaraq vəhşicəsinə qətlə yetirilmişdi. Bu hadisə ölkə ictimaiyyəti tərəfindən böyük etirazla qarşılanmışdı.

MHP.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir