“Yaxşı ki, ailə qurmamışam, peşman deyiləm”

“Mənim bütün həyatım alt-üst oldu. Efirlərdən, səfərlərdən uzaqlaşdırdılar. Azərbaycanı xarici ölkələrdə təmsil etmək istəyirdim, amma qarşıma çıxdılar. Məni məhv etdilər. Nə ailə qurmaq haqqında düşünə bilərdim?!”

MHP.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nisə Qasımova “Heç vaxt heç yerdə” proqramına qonaq olarkən deyib. Məşhur müğənni verilişdə şəxsi həyatına toxunaraq bu günədək evlənmədiyi üçün peşman olmadığını bildirib:

“Özüm gənc olarkən natamam idim. Hələ püxtələşməmişdim, ağıl, düşüncə yox idi. Allah kimin taleyini necə yazıbsa, onu da yaşamalıdır. Buna görə də, həmin taleyi yaşayıram. Heç də peşman deyiləm. Yaxşı ki, ailə qurmamışam. Bunu açıq deyirəm. Heç nə itirmədim, əksinə qazandım, özümü kəşf etdim”.

MHP.Az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir