ÖLKƏ

Yoluxma sayının artmaması üçün metro açılmalıdır – XƏBƏRDARLIQ

Vaksinin qoruyuculuğu haqqında indi fikir söyləmək çox tezdir.

MHP.Az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında həkim-infeksionist İlhamə Şirinova deyib.

İnfeksionist bildirib ki, metronun fəaliyyəti bərpa edilməlidir:

“Respublikada vaksinasiya prosesi oldu. Öncə dövlət müəssisələri, həkimlər, sonra 65 yaşdan yuxarı təqaüdçülər peyvənd olunmağa başladı. Fevralın 15-dən biz ikinci dozları vurmağa başlamışıq. Ona görə hələ “vaksin bizi qoruyacaq” demək tezdir. 

Metronun fəaliyyəti bərpa edilməlidir. Çünki təhsil ocaqları fəaliyyətini bərpa edibsə, əlbəttə ki, nəqliyyat bütün qüvəsi ilə işləməlidir ki, insanlar işə, məktəbə, universitetə normal vəziyyətdə gedib- gəlsinlər. Ona görə də metro açılmalıdır. Ümumiyyətlə, metronun açılması ilə də paralel olaraq təhsil davam etdirilməlidir, qapalı iş yerləri açılmalıdır, iri ticarət mərkəzlərinin işi bərpa olunmalıdır. Amma başda duran əsas vəzifəmiz qorunmaqdır. 

Qorunmaq üsullarımız hansılardır?

1. Gigiyenik qaydalara riayət etməliyik.

2. Məsafə saxlamalıyıq.

3. Tibbi maskalardan düzgün istifadə edilməlidir. Maska burunu örtməlidir. Parça maskalar bizi heç bir virusdan qorumur. Bütün Kütləvi İnformasiya Vasitələri ilə bunu deyib, insanları maarifləndirmək lazımdır. 

4. Sıxlıq yaratmamaq üçün ictimai nəqliyyatın sayı artırılmalıdır. Metro açılarsa, intervalı qısaltmaq lazımdır. Yəni, sərnişin sıxlıq yaranmadan metrodan, avtobusdan istifadə etməlidir ki, yoluxma sayı artmasın. 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button