Məşhur müğənni toyda Fərdanı niyə öldürmək istədi? – “Bıçaq gözümü parçalayacaqdı” – VİDEO

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı aktyor Fərda Xudaverdiyev olub.

MHP.Az xəbər verir ki, tanınmış aktyor idarə etdiyi toyda bıçaqlı hücuma məruz qaldığını deyib:

“İmkanlı insanların toy mərasimi idi. Müğənnilər çox olduğu üçün siyahı ilə çağırırdım. Hər kəsin öz vaxtı vardı. Orta yaşlı biri məni əllə yanına çağırıb dedi ki, mənə söz ver, oxuyum. Dedim ki, siyahıda adınız yoxdur, toy sahibinə deyin. Dedi ki, indi sən mənə söz vermirsən? Sonra stoldan qalxıb getdi. Bir neçə saatdan sonra yenidən qayıtdı. Gəlib əlini boynuma atdı, özünə tərəf çəkib yenidən hədələməyə başladı. Onu itələyib özümdən araladım. Məni arxası ilə mətbəxə çağırdı. Ora çatmamış dəhlizdə bir anlıq başımı çevirib geri dönəndə bıçaq üzümdən keçdi. 1 saniyə ilə qurtuldum, yoxsa bıçaq gözümü parçalayacaqdı. O an ofisantlar gəlib ayırdı. Sonradan üzr istədi”.

MHP.Az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir