ÖLKƏ

Qarlı hava neçə gün davam edəcək? – AÇIQLAMA

İlkin məlumatlara əsasən, ölkə ərazisində qarlı hava şəfraitinin fevralın 19-u gündüz saatlarınadək davam edəcəyi gözlənilir. Fevralın 19-dan gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

MHP.Az bildirir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

G.Məmmədova qeyd edib ki, fevralın 17 və 18-də Bakıda və bölgələrdə hava şəraitinin dəyişiləcəyi, qar yağacağı, əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların güclü və intensiv olacağı gözlənilir.rayonlarda yolların buz bağlayacağı gözlənilir.

Onun sözlərinə görə, artıq qonşu ölkələrdə hava şəraitinin dəyişməsi müşahidə edilir, bəzi ərazilərdə qar yağır:

“Belə hava şəraitinin bu gün paytaxtda da müşahidə edilməsi gözlənilir. Artıq dağlıq rayonlarda qar yağması müşahidə edilir. Şahdağda artıq qarın hündürlüyü 4 sm-ə çatıb. Paytaxtda da bugün hava arabir yağıntılı olacaq. Bəzi yerlərdə sulu qar yağacaq, axşama doğru isə qara keçəcək”.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button