Apple Google-u blokladı: Data sızıntısını məhdudlaşdırmaq üçün IP adresləri verməyəcək

iOS-un 14.5 versiyası ilə daha bir vacib xüsusiyyətin gələcəyi aşkarlanıb. Şirkət yeni versiyada gizliliyə xüsusilə əhəmiyyət verəcək. Bu xüsusiyyət ilə Google istifadəçilərin IP ünvanına daxil ola bilməyəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, əvvəl iOS və iPadOS-dakı Safari-də ziyarət edilən saytın parol və ya kredit kartı nömrələrini oğurlaya biləcək şübhəli veb-sayt olduqda xəbərdar edən “Saxta Veb Xəbərdarlığı” adlı xüsusiyyəti vardı. Bu xüsusiyyətin işləməsi üçün Apple Safari-yə veb-saytın saxta olub-olmadığını yoxlamaq məqsədilə məlumatları Google Safe-ə göndərmək üçün icazə verirdi. Google hansı sayta girməyə çalışdığınızı bilməsə də, bu müddət ərzində IP adresləri toplaya bilər. Amma iOS 14.5-dən etibarən bu mümkün olmayacaq. Çünki Safari data sızma riskini məhdudlaşdırmaq üçün xidmətini Apple serverləri vasitəsi ilə təqdim edəcək.

Qeyd edək ki, Apple iOS 14.5 ilə iPhone və iPad istifadəçilərinə xeyli mühüm yeniləmələr təqdim edəcək. Sözügedən funksiyalar hazırda beta mərhələsindədir və tezliklə istifadəçilərin ixtiyarına veriləcək.

Milli.Az

iOS-un 14.5 versiyası ilə daha bir vacib xüsusiyyətin gələcəyi aşkarlanıb. Şirkət yeni versiyada gizliliyə xüsusilə əhəmiyyət verəcək. Bu xüsusiyyət ilə Google istifadəçilərin IP ünvanına daxil ola bilməyəcək.

Mhp.az ted.az-a istinadən bildirir ki, əvvəl iOS və iPadOS-dakı Safari-də ziyarət edilən saytın parol və ya kredit kartı nömrələrini oğurlaya biləcək şübhəli veb-sayt olduqda xəbərdar edən “Saxta Veb Xəbərdarlığı” adlı xüsusiyyəti vardı. Bu xüsusiyyətin işləməsi üçün Apple Safari-yə veb-saytın saxta olub-olmadığını yoxlamaq məqsədilə məlumatları Google Safe-ə göndərmək üçün icazə verirdi. Google hansı sayta girməyə çalışdığınızı bilməsə də, bu müddət ərzində IP adresləri toplaya bilər. Amma iOS 14.5-dən etibarən bu mümkün olmayacaq. Çünki Safari data sızma riskini məhdudlaşdırmaq üçün xidmətini Apple serverləri vasitəsi ilə təqdim edəcək.

Qeyd edək ki, Apple iOS 14.5 ilə iPhone və iPad istifadəçilərinə xeyli mühüm yeniləmələr təqdim edəcək. Sözügedən funksiyalar hazırda beta mərhələsindədir və tezliklə istifadəçilərin ixtiyarına veriləcək.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir