Azərbaycanda bayram öncəsi yüzlərlə ailə sevinə bilər

Əfv Komissiyasının iclasları başlanıb.

Mhp.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Komissiya üzvü bildirib ki, Novruz bayramı ərəfəsində əfv sərəncamı imzalana bilər:

“Əgər biz komissiyanın iclaslarında müraciətlərə baxıb başa çatdıra bilsək, əlbəttə ki, əfv sərəncamı gözlənilə bilər. Amma nəzərə almaq lazımdır ki, əfv cənab Prezidentin konstitutsion səlahiyyətidir və əfv etmə haqqında sərəncamın vaxtı da cənab Prezident tərəfindən müəyyənləşdirilir ki, nə vaxt nə zaman etmək. Amma ötən illərin təcrübəsi də bütövlükdə göstərir ki, əfv sərəncamı daha çox Novruz bayramı ərəfəsində olur. Yenə də hər halda biz cənab Prezidentin gözləyəcəyik. İndiki halda isə iclaslar başlayıb və iclaslar davam edir. İclasa daxil olan materiallara baxılır. Nə vaxt başa çatacaqsa, cənab Prezidentə təqdim olunacaqdır. Vaxilə bağlı qəti qərarı Prezident qəbul edəcək. 

Komissiyaya baxılması üçün 1000-dən artıq müraciət daxil olub. Hamısı araşdırılır”.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir