Fevralın 21-dən hava yenidən dəyişəcək

Yaxın günlərdə havanın temperaturu tədricən 3-4 dərəcə yüksələcək. Lakin fevralın 21-dən ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir.

Mhp.az bildirir ki, bunu Trend-ə ETSN Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, peyk məlumatlarına əsasən, Aralıq dənizi üzərində yeni siklon yaranmaqdadır. Həmin bu siklonun fevralın 20-də günün ikinci yarısında yaxınlaşması proqnozlaşdırılır:

“Buna görə də fevralın 21-də və fevralın 22-də ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi gözlənilir. Respublikanın əsasən, dağlıq və dağətəyi bölgələrində yağıntılar qar şəklində olacaq. Bakıda isə yağıntı, əsasən, yağış şəklində olacaq”.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir