Masallıda zibilliyə çevrilən tarixi hamam bərpa olunacaq

Masallı rayonunda yerləşən tarixi hamamın bərpası və gələcək inkişaf planı gündəlikdə olan məsələdir.

Mhp.az bildirir ki, bunu Trend-ə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildiriblər.

Qeyd olunub ki, XIX əsrə aid tarixi abidə bərpa oluması üçün növbəti illərin investisiya planına salınıb:

“Abidəyə zibil atılması ilə bağlı Dövlət Xidməti tərəfindən dəfələrlə tədbir görülüb, əməkdaşlarımız tərəfindən təmizlik işləri aparılıb. Buna baxmayaraq, eyni hallar yenidən təkrarlanıb, abidənin qapısı sındırılıb. Hazırda abidənin təmizlənməsi və qorunması istiqamətində yerli icra orqanları ilə birgə iş aparılır”.

Qeyd edək ki, Masallıda şəhər hamamı kimi tanınan və 19-cu əsrə aid olduğu deyilən tikili məhv olmaq üzrədir. Tarixi abidələr siyahısına salınan şəhər hamamının ətrafı hasarlanıb, içərisi isə sakinlər tərəfindən zibilliyə çevrilib.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir