Qar Gəncənin bəzi ərazilərini işıqsız qoydu

Gəncəyə yağan qar bəzi fəsadlara səbəb olub.

Mhp.az Trend-ə istinadən bildirir ki, qarın yağması səbəbindən şəhərin bəzi ərazilərində elektrik təsərrüfatına ciddi ziyan dəyib. Elektrik enerjisinin verilişi dayandırılıb, aidiyyəti qurumlar enerjinin bərpası üçün əraziyə cəlb olunublar.

Hazırda problemin aradan qaldırılması üçün işlər görülür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bir sutka ərzində Gəncədə aylıq normanın 121 faizi qədər yağıntı düşüb.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir