Cəmiyyət

Üç medalla təltif olunan şəhidimizin övladı dünyaya gəldi – FOTO

Vətən müharibəsində şəhid olan gizir Kazımov İlkin Xanməmməd oğlunun ikinci övladı dünyaya gəlib.

Mhp.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeni doğulan körpəyə İlkinar adı verilib.

1995-ci il təvəllüdlü şəhidimizin digər qızı isə yaş yarımlıqdır.

Qeyd edək ki, Astaranın Artupa kəndindən olan gizir Kazımov Ağdərə-Füzuli istiqamətinə gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

O, ölümündən sonra Prezidentin sərəncamları ilə “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

Mhp.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button