Ərdoğan: “Qarabağ müharibəsi və pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi”

30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qucaqlaşmasının sevincini ürəklərimizdə hiss etdik.

Mhp.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ankarada keçirilən Türk Dünyası Meteorologiya Forumunun iştirakçılarına ünvanladığı məktubda deyilir.

R.T.Ərdoğan bildirib ki, türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanın itkisini yaşadıq.

Prezident 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını təbrik edib. Bildirib ki, həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbidən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər – hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir