AZAL Bakı-Dubay reyslərinə bilet satışına başladı

“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edib.

Bu barədə Mhp.az-a Azərbaycan Hava Yolları QSC-dən (AZAL) bildiriblər.

Uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə – birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir