Bərdədə cibgir saxlanılıb

Bərdə şəhər sakini M.Məmmədov fevral ayının 16-da Bərdə RPŞ-yə ərizə ilə müraciətində naməlum şəxs tərəfindən cibindən 680 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Mhp.az-a bildirilib ki, məlumatla əlaqədar polis əməkdaşları müvafiq tədbirlər yerinə yetirib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cibgirlik əməlini törətməkdə şübhəli bilinən Bərdə şəhər sakini Elxan Hacıyev saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir