Əməkdar artist Nurlan Növrəsli Şuşada ulu babası, şair Mirzə Ələsgər Növrəsin məzarının tapıldığını açıqlayıb.
Mhp.az axşam.az-a istinadən bildirir ki, sənətçi məzarın görüntülərini orada olan hərbçilərin onlara göndərdiklərini bildirib. Məzar şair Qasım bəy Zakirin qəbrinin yanında yerləşir.
“Şuşada Növrəslilərin ulu babasının məzarı tapılıb” deyə, Nurlan bildirib.
Mhp.az