Vətən vüsalına, Vüsal şəhadətə qovuşdu – VİDEO

Şəhid Vüsal Şükürovun rəşadətli döyüş yolu

Mhp.az Real TV-yə istinadən bildirir ki, 44 günlük Vətən müharibəsində sona qədər qəhrəmancasına döyüşən igid oğullarımızdan biri – Vüsal Şükürov. Şuşanın azadlıq günü – noyabrın 8-i onun şəhadət tarixinə çevrildi.

Ağcabədi rayon Şahmallar kəndində anadan olan Vüsal 25 yaşını qeyd etməyə 5 gün qalmış Şuşa uğrunda gedən şiddətli döyüşlərdə rəşadətlə vuruşaraq şəhid olub.

Vüsal Şükürov 2016-cı ildə hərbi xidmətə gedib. O, hərbi xidmətdə olarkən başlayan Aprel döyüşlərində də iştirak edərək böyük şücaət göstərib. Ailəsinin yeganə övladı olsa da, Vətən sevgisi onu sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsində də könüllü olaraq cəbhəyə yollanmağa sövq edib. Füzuli, Cəbrayıl, Hadrut qəsəbəsi, Xocavənd rayonu istiqamətində düşmənlə qəhrəmanca vuruşan Vüsalın döyüş yolu Şuşada sona yetib. İgid vətən oğlu şəhadatə, Şuşa isə azadlığa qovuşub.

Ağcabədi şəhər Şəhidlər xiyabanında dəfn edilən Vüsal indi ailəsinin tək övladı deyil, bütöv Azərbaycanın və azərbaycanlıların qəhrəman oğludur. Adı zəfər tariximizə və qan yaddaşımıza əbədi həkk olunan milli qəhrəmanlarımız kimi şəhid Vüsal Şükürov da hər an qəlblərdə yaşayacaq.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir