Daha bir şəhidimizin övladı dünyaya gəldi – VİDEO

Tovuzda vətən müharibəsinin qəhrəmanlarıdından biri olan şəhid hərbçimiz Emin Hüseynovun oğul övladı dünyaya gəlib. Uşağa şəhidimizin vəsiyyət etdiyi ad verilib.

Mhp.az xezerxeber.az-a istinadən bildirir ki, həyat yoldaşına vəsiyyət etmişdi ki, oğlu olarsa, ona Taryel adını qoysun.

Gün o gündür… şəhid hərbçimiz, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu şəhid Emin Hüseynovun oğul övladı dünyaya gəldi.

Şəhidimizin birinci övladı bir yaşlı Nurayın adını da özü qoyub. Eminin həyat yoldaşı Təranə Hüseynova oğlunu şəhidimizin adına layiq böyüyəcəyinə söz verir.

30 yaşlı şəhidimiz Emin Hüseynov Xocavənd uğrundə gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Kəlbəcər, Füzuli, Xocavəndin azad olunmasına görə və “Vətən Uğrunda” medalları ilə təltif olunub. İndi şəhidimizin anası oğlunun qoxusunu, təsəllisini nəvəsindən, balaca Tariyeldən  alacaq.

Həkimlər ana və körpənin vəziyyətlərinin yaxşı olduğunu bildirirlər. O, evə buraxılsa da nəzarətdə saxlanacaq.

Gələcəyin vətən keşikçisi körpə atasının böyüyüb boya-başa çatdığı Yanıqlı kəndinə aparılıb.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir