“Milli Qəhrəmanlardan 11-i Hərbi Liseyin məzunudur” – General

Bu günə qədər C.Naxçıvanski adına Hərbi Liseyi 12 mindən çox məzun bitirib. Liseyin 20-dən artıq məzunu general rütbəsinə çatıb.

Mhp.az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov deyib.

O qeyd edib ki, Azərbaycanın Milli Qəhrəmanlarından 11 nəfəri C.Naxçıvanski adına Hərbi Liseyin məzunu, 1 nəfər isə hərbi liseyin zabiti olub:

“Bu qəhrəmanların adları Azərbaycanın hərb tarixinə əbədi həkk olunub”.

Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir