Cəmiyyət

Azərbaycanın avtomobil yollarındakı SON VƏZİYYƏT

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə yeni açıqlama yayıb.

Mhp.az açıqlamanın əks olunduğu cədvəli təqdim edir:

S/sYolun adı (istiqamətlə)Mövcud vəziyyəti
1Bakı – Quba – Rusiya ilə dövlət sərhədiYağıntı yoxdur, Siyəzən, Şabran, Quba və Qusar qaryonları ərazisində 5-8 dərəcə şaxta var. Xınalıq yolunda yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq qum-duz səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
2Giləzi – XızıYağıntı yoxdur, 5-8 dərəcə şaxta var. Yol boyu duz-qum qarışığı səpilmişdir. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
3Bakı – QobustanYağıntı yoxdur, yol açıqdır, Qobustan rayonu ərazisində 1-2 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
4Qobustan – Şamaxı – MuğanlıYağıntı yoxdur, yol açıqdır, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
5Muğanlı – Ağsu – YevlaxYağıntı yoxdur, yol açıqdır. Muğanlı ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
6Bakı – Ələt – HacıqabulYağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
7Hacıqabul – Ucar – YevlaxYağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
8Yevlax – Gəncə – Qazax – Gürcüstan ilə dövlət sərhədiYağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
9Muğanlı – İsmayıllıYağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var. Hazırda kənd yollarında nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması ilə əlaqədar tədbirlər davam etdirilir.
10İsmayıllı – Qəbələ – Oğuz- ŞəkiYağıntı yoxdur, yol açıqdır, İsmayıllı rayonu ərazisində 2-3 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
11Şəki – Qax – Zaqatala – Gürcüstan ilə dövlət sərhədYağıntı yoxdur, yol açıqdır, Şəki və Qax rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
12Yevlax – Şəki (Göybulaq)Yağıntı yoxdur, yol açıqdır. Şəki rayonu ərazisində 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
13Gəncə – Daşkəsən – XoşbulaqDaşkəsən rayonu ərazisində zəif qar yağır, 2-3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
14Şəmkir – GədəbəyYağıntı yoxdur, yol açıqdır, Gədəbəy ərazisində 4-5 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
15Ələt – Astara – İran ilə dövlət sərhədiYağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
16Masallı – YardımlıYağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
17Lənkəran – LerikYağıntı yoxdur, yol açıqdır, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
18Hacıqabul – Bəhramtəpə – HoradizYağıntı yoxdur, yol açıqdır, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Mhp.az 

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button