Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov Quba Rayon Polis Şöbəsinə yeni rəis müavini təyin edib.
Mhp.az-ın əldə etdiyi məlumata görə, Balakən rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Vüsal Rüstəmov vəzifəsindən azad edilərək Quba Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.
Bildirilir ki, polis polkovnik-leytenantı Vüsal Rüstəmov DİO-da peşəkar polis zabitlərindən hesab olunur.