Xəzər dənizində yeni neft yatağı kəşf edildi

Xəzər dənizində yeni neft ehtiyatları aşkarlanıb.


Mhp.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Manqıstav əyalətində neft axtarışları ilə məşğul olan “Meridian Petroleum” şirkəti Xəzər dənizinin Qazaxıstana məxsus sektorunda yeni bir neft yatağı tapdıqlarını açıqlayıb.


Şirkətin rəhbəri Baltabek Kuandikov yeni neft yatağının kəşfini Qazaxıstan üçün “tarixi bir hadisə” adlandırıb.


“Bu neft yatağı bölgənin sosial və iqtisadi yüksəlişini gücləndirəcək və daha çox məşğulluq yaradacaq”, – əyalətin valisi Serikbay Trumov deyib.


Qeyd edək ki, Qazaxıstan neft ehtiyatlarına görə ildə 30 milyard barel istehsal həcmi ilə 11-ci yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir