Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanları yaradılacaq

Azərbaycanda internet televiziya və radioları üçün yeni yayım imkanlarının yaradılması nəzərdə tutulur.

MHP.az Trend-ə istinadən bildirir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Fazil Novruzov “Real” TV-yə müsahibəsində deyib.

O qeyd edib ki, internet televiziya və radio yayımçıları bununla bağlı MTRŞ-ə müraciət edirlər:

“Hazırda texniki cəhətdən buna imkan olsa da hüquqi cəhətdən boşluqlar var. Biz təklif vermişik ki, yüngül prosedurlar keçməklə internet televiziya və radio kanalları reyestrə düşsünlər və digər platformalarda, məsələn, kabel şəbəkəsində, İP platformasında, OTP platformasında yayımlanmaq imkanı əldə etsinlər.

Bu imkan internet televiziya və radioların tamaşaçı auditoriyasını genişləndirə bilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir