Azərbaycanda siyasi partiyaların sayı 56-ya düşüb

Azərbaycanda dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı azalıb.

MHP.az Trend-ə istinadən bildirir ki, bu gün Yeni Azərbaycan Partiyasına (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiya YAP-a qoşulub.

Bununla da dövlət qeydiyyatına alınmış siyasi partiyaların sayı 62-dən 56-ya düşüb.

YAP-a qoşulan partiyalar aşağıdakılardır:

1. Azərbaycan Xalq Demokratik Partiyası

2. Azərbaycan Kəndli Partiyası

3. Milli Qurtuluş Partiyası

4. Azərbaycan Yurddaş Partiyası

5. Azərbaycan Milli Hərəkat Partiyası

6. Azərbaycan Demokratik Sahibkarlar Partiyası

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir