Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq – Nazir müavini

Hazırda xaricdə müalicə edilən gənclər və idman naziri Azad Rəhimov yaxın günlərdə Bakıya qayıdacaq.

MHP.az Trend-ə istinadən bildirir ki, bunu gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov deyib.

Nazir müavininin sözlərinə görə, A.Rəhimovun səhhəti yaxşıdır: “Nazirlə dünən danışmışam. Heç bir problemi yoxdur. İnşallah, yaxın günlərdə yəqin ki, Bakıya dönəcək”.

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir