Magistratura imtahanı iki dəfə olacağı üçün çətinləşdirilib? – Açıqlama – VİDEO

Magistraturaya qəbul imtahanı iki dəfə keçiriləcəyi üçün qəbul imtahanı suallarının çətin salınması barədə iddialar doğru deyib. 

MHP.az xəbər verir ki, bunu ARB24-ün “İş vaxtı” verilişinə müsahibəsində Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə deyib. O bildirib ki, ötən illə müqayisədə nəticələrin yaxşı olması da bunu sübut edir: 

“Biz dəfələrlə elan etmişik ki, pandemiya ilə əlaqədar vəziyyət əlverişli olarsa, magistraturaya qəbul imtahanı ikinci dəfə keçirilə bilər. İkinci imtahanda iştirak məcburi deyil və bakalavrın şəxsi istəyindən asılıdır. Əslində bu qərarı bakalavrlar müsbət qarşılayırlar. Ona görə də hesab edirəm ki, bu, doğru olmayan fikirlərdir”.

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir