“AXC-Müsavat cütlüyünün xəyanətlərindən biri də 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməməsi idi” – Deputat

Müstəqillik illərinin əvvəllərində AXC-Müsavat cütlüyünün Azərbaycan xalqına törətdiyi xəyanətkarlıq missiyası torpaqlarımızın düşmən işğalı altına düşməsinə səbəb oldu və buna görə də bu cütlüyün əli Azərbaycan xalqının qanına bulaşmışdı.

MHP.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputat bildirib ki, bir məqamı qeyd etmək yetər ki, AXC-Müsavat cütlüyünün xəyanəti sübut olunsun: “Onların hakimiyyətdə olduqları müddətdə Azərbaycan xalqınına qarşı törədilən ən böyük cinayətlərdən biri olan 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmədi, heç yadlarına belə düşmədi, çünki onlar özləri də maraqlı idilər ki, ölkəmizdə belə faciələr baş versin. Belə faciələr baş verdikcə onların çirkin niyyətlərinə çatması, siyasi hakimiyyətə gəlmək hərisliyi, o cümlədən ölkəni talan etmələri üçün şərait yaranırdı.

Əlbəttə ki, burada bir məqam var ki, onlar özbaşına addım atmırdılar, onları xarici dairələr idarə edirdilər, xarici dairələr nə deyirdilər, onlar da onu edirdilər. Digər tərəfdən də buların səriştəsiz, ağılsız idarəçilikləri nəticəsində bir sıra ölkələrin Azərbaycanla münasibətlərini korlamışdılar.

O zaman Ermənistanla bir sıra ölkələrin münasibətləri qurulmuşdu, amma Azərbaycanla yox. Bunun səbəbinə baxanda da münasibətləri korlayacaq ciddi hallar görsənmirdi. Sadəcə, bu münasibətlərin korlanmasında AXC-Müsavat cütlüyünün çox böyük rolu olmuşdu, çünki bu, AXC-Müsavat cütlüyünü idarə edən xarici dairələrin məhz ölkəmizə qaşı apardığı cinayətin mahiyyətindən irəli gəlirdi. Burada erməni lobbisinin çox böyük rolu var idi. Onların diqtəsi altında AXC-Müsavat cütlüyü idarə olunurdu və beləliklə də Azərbaycanın bir çox ölkələrlə münasibətləri korlanırdı”.

C.Osmanov əlavə edib ki, uzun illər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu xarici siyasət nəticəsində bu münasibətlərin yenidən qurulmasında çox vacib, fundamental işlər görüldü: “Bu da özünü 44 günlük Vətən müharibəsində aydın şəkildə göstərdi, ölkəmizin haqlı mövqeyi beynəlxalq arenada böyük dəstək qazandı”.

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir