Bu gün yoluxanların sayı açıqlandı

Azərbaycanda bu gün koronavirus infeksiyasına  353 yeni yoluxma faktı qeydə alınıb,  149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

MHP.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 3 nəfər “COVID-19″dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 436, ötən müddət ərzində isə ümumilikdə 2 645 206 test aparılıb.

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir