Buraxılış imtahanında yenilik olacaq – VİDEO

Bu il keçiriləcək buraxılış imtahanında dəyişiklik ediləcək. Yenilik 9-cu sinif şagirdləri üçün nəzərdə tutulub.

MHP.az xezerxeber.az-a istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzi tərəfindən Təhsil Nazirliyinin mütəxəssisləri ilə birgə razılıq əsasında mövcud vəziyyət nəzərə alınaraq ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün materialların məzmununda və təşkilində sadələşmə aparılması üçün Nazirlər Kabinetinə təqdim edilən təkliflər təsdiq edilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, 9-cu sinifdə təhsil alan şagirdlərin aşağı siniflərdə keçdikləri dərsliklərlə, hazırda istifadədə olan dərsliklər müqayisə olunub. Nəticədə hər iki dərslikdə eyni olan mövzular proqrama daxil edilib. Aşağı sinif dərsliklərinə yeni daxil edilmiş və çıxarılmış mövzular proqrama salınmayıb. İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 25 olmaqla, ümumilikdə 85 tapşırıq veriləcək.

DİM rəsmisi onu da əlavə edib ki, imtahanda yazılı cavab tələb edən açıq tipli tapşırıqlar istifadə olunmayacaq. Şagirdlərə yalnız qapalı tipli tapşırıqlar, kodlaşdırıla bilən seçim və hesablama formalı açıq tipli tapşırıqlar təqdim olunacaq.

Xanlar Xanlarzadə deyib ki, yaxın vaxtlarda otk.az portalı vasitəsilə onlayn şəkildə yeni imtahan modelinə uyğun sınaq imtahanı keçiriləcək.

MHP.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir