17:42
Daxili İşlər Nazirliyi aksiya ilə bağlı daha bir açıqlama yayıb.
MHP.azxəbər verir ki, DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov qafqazinfo-nun sorğusuna cavab olaraq bildirib ki, əvvəlcədən xəbərdarlıq edilməsinə baxmayaraq bu gün bir qrup qadın icra hakimiyyəti ilə razılaşdırılmamış qanunsuz aksiya keçirməyə cəhd ediblər:
“Dərhal polis əməkdaşları tərəfindən aksiyanın qarşısı alınıb. Təxminən 15 nəfərə yaxın iştirakçı saxlanılıb, onlara xəbərdarlıq edilərək ərazidən uzaqlaşdırılıblar”.
———
16:04
Daxili İşlər Nazirliyi Bakıda bir qrup feministin aksiya keçirməyə cəhd etməsi ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat xidmətindən MHP.az-a bildirilib ki, aksiya zamanı saxlanılan olmayıb:
“Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib”.
MHP.az